...

"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının qalibləri müəyyən edilib

İqtisadiyyat Materials 8 Avqust 2017 15:02 (UTC +04:00)
"Xalq Bank kartı ilə odəniş qazanclıdır" lotereyasının qalibləri müəyyən edilib

Bakı. Trend:

Avqust ayının 8-də "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 14-cü tirajı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, "Xalq Bank" 14-cü tirajın qalibləri – son həftə ərzində 33 bilet toplayan Eyyubov Novruz İslam oğluna, Vəliyeva Yeganə Akif qızına (32 bilet) və Şıxəliyev Fuad Rafiq oğluna (28 bilet) Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə təqdim etdi. İyul ayının təsadüfi seçim nəticəsində müəyyən edilmiş qalibləri: Məmmədov Həsən Anar oğlu (bilet nömrəsi 175693) “Sakit Göl Hotel Şamaxı” tətil və istirahət məkanına istirahət kuponu, Vəliyev Namiq Natiq oğlu (bilet nömrəsi 186907) isə 500 AZN-lik “Xarici ölkəyə səyahət” kuponuna sahibləndilər.

Məlumat üçün bildirmək istərdik ki, cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən "Xalq Bank" kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 15-ci tirajı avqustun 15-də keçiriləcək və bu tirajda səyahət kuponları və "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti