...

Azərbaycanla Almaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 12 Sentyabr 2017 16:38 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.
Azərbaycanla Almaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.

Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. Nazir iki ölkə arasında aqrar sahədə əlaqələrin perspektiv imkanlarından danışaraq Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti