Bakı. Trend:
“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk 2 günü ərzində Rusiya və tədbir iştirakçısı olan digər ölkələrin 1000-dən şirkətinin nümayəndəsi Azərbaycan pavilyonunu ziyarət edib.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “Made in Azerbaijan” vahid ölkə stendini ziyarət edən xarici şirkət nümayəndələri yerli məhsullarımız, onların istehsal və hazırlanma texnologiyası, ixrac imkanları ilə maraqlanıb, əməkdaşlığa dair müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycanın eksklüziv partnyor olduğu “Worldfood Moscow” sərgisində ölkəmizin 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar nümayiş olunur.