...

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

İqtisadiyyat Materials 26 Sentyabr 2017 21:15 (UTC +04:00)
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və Belarusun “Minsk Traktor Zavodu” holdinqi əməkdaşlıq barədə strateji saziş imzalayıb.
Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və Belarusun "Minsk Traktor Zavodu" (MTZ) holdinqi əməkdaşlıq barədə strateji saziş imzalayıb.

Bu barədə Trend-ə İstehsalat Birliyindən məlumat verilib.

Bu saziş Azərbaycan zavoduna Türkiyədə traktor istehsal etməyə imkan verəcək.

Sazişi "Gəncə Avtomobil Zavodu"nun icraçı direktoru Kamran Nəzərov və "MTZ Holdinq"in baş direktoru Fyodor Domotenko imzalayıblar.

İmzalanma mərasimindən sonra "Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev qeyd edib ki, Azərbaycan məhsulunun ixracının genişləndirilməsi dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətərindən biridir.

F.Domotenko bildirib ki, Türkiyədə traktor istehsalı ilə Azərbaycan tərəfi məşğul olacaq: "İmzalanan saziş həmçinin, Azərbaycan kənd təsərrüfatı istehsalçıları üçün yığılan traktorların satışı məqsədilə 460 "Belarus" traktor komplektinin tədarükünü nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti