Bakı. Trend:
Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamızın iştirakı ilə Makedoniyanın Strumica şəhərində Beynəlxalq Kulinariya Çempionatı keçirilib.
“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, 24 ölkədən 1500 aşpazın yarışdığı tədbirdə komandamız 3 qızıl, 3 gümüş və 2 kubok qazanıb. Mükafatlandırma mərasimində iştirak edən Makedoniyanın Baş naziri Zoran Zaevə Azərbaycan nümayəndə heyəti tərəfində "Azerbaijan Culinary" kitabı hədiyyə edilib.
Yarışda iştirak etmiş kulinarlar yeməklərin “Super Sun” yağı ilə bişirilməsi komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynadığını bildiriblər. Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd edək ki, “Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.