...

Reklam-təbliğat fəaliyyətinə dair xüsusi tövsiyələr hazırlanıb

İqtisadiyyat Materials 17 Noyabr 2017 11:29 (UTC +04:00)
Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün reklam-təbliğat fəaliyyətinə dair tövsiyyələr hazırlayıb.
Reklam-təbliğat fəaliyyətinə dair xüsusi tövsiyələr hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Turizm İnformasiya Mərkəzi reklam-təbliğat fəaliyyətinə dair xüsusi tövsiyələr hazırlayıb və rayon turizm informasiya mərkəzlərinə təqdim edib.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Reklam-təbliğat fəaliyyətinə dair tövsiyələrin aşağıdakı vasitələrlə aparılması nəzərdə tutulub:

1) Mobil və stasionar informasiya yerləşdirmə vasitələri - (stendlər, bilbordlar, nişanlar, bannerlər, rollaplar və s.) o cümlədən ixtisaslaşdırılmış köşklər;

2) Çap olunmuş turizm nəşrləri-flayer, buklet, bələdçi kitabı, xəritə;

3) Elektron nəşrlər - Turizm İnformasiya Mərkəzləri reklam-təbliğat fəaliyyəti ərzində sosial şəbəkənin (feysbuk, tvitter, instagram) bütün imkanlarından istifadə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti