...

Xələf Xələfov: Xəzərin statusu üzrə Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına cavab verir (YENİLƏNİB)

İqtisadiyyat Materials 6 Dekabr 2017 17:09 (UTC +04:00)
Xəzər dənizinin statusu üzrə görüş uğurlu keçdi.
Xələf Xələfov: Xəzərin statusu üzrə Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına cavab verir (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Xəzər dənizinin hüquqi statusu üzrə görüş uğurlu keçdi. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, görüşdə Çərçivə xarakteri daşıyan Konvensiya razılaşdırılıb.

Nazir müavini bildirib ki, Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına tam cavab verir.

X.Xələfov əlavə edib ki, Konvensiya layihəsinə əsasən Xəzər dənizində 15 mil ərazi suları zonası, 10 mil balıqçılıq zonası kimi müəyyənləşdirilib. Dənizin qalan hissəsi isə ümumi istifadə üçün nəzərdə tutulub:

“Xəzər dənizinin dibi sektorlara bölünür. Konvensiyada gəmiçiliyin təhlükəsizliyi, hərbi balansın saxlanması kimi prinsiplər öz əksini tapıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti