...

Ağaclarla bağlı YENİ QAYDA – Obyektlərdən minimum 5 metr məsafədə

İqtisadiyyat Materials 30 Yanvar 2018 19:08 (UTC +04:00)
Ağac və kolların əkilməsi zamanı onların bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi müəyyənləşib.
Ağaclarla bağlı YENİ QAYDA – Obyektlərdən minimum 5 metr məsafədə

Bakı. Elçin Mehdiyev - Trend:

Ağac və kolların əkilməsi zamanı onların bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi müəyyənləşib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”na əsasən, yaşıllıqlar salınan zaman ağacın gövdəsi bina və qurğunun xarici divarından minimum 5 metr məsafədə, kolun topa kökü isə minimum 1,5 metr məsafədə olmalıdır.

Ağacın gövdəsi və kolun topa kökü dəmiryol xətti döşəməsinin kənarından minimal 5 metr və 3 metr məsafədə olmalıdır. Bundan əlavə ağacın gövdəsi və kolun topa kökü müvafiq olaraq şəki və bağ yollarının kənarlarından 0,7 metr və 0,5 metr, yolun keçid hissəsinin kənarlarından, bərkidilmiş yol çiyinlərinin və ya xəndəklərin kənarından 2 metr və 1 metr, işıqlandırma dirək və dayaqlarından, terrasların ətəyindən 1 metr və 0,5 metr, dayaq divarlarının daxili və xarici sərhədlərindən 3 metr və 1 metr aralı olmalıdır.

Yeraltı şəbəkələrdə isə, ağacın gövdəsi və kolun topa kökü qaz və kanalizasiya xətlərindən 1,5 metr və 1 metr, istilik xətti kanalının divarlarından və boru xətlərindən 2 metr və 1 metr, rabitə və elektrik xətlərindən 2 metr və 0,7metr məsafədə olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti