...

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 18 Aprel 2018 09:44 (UTC +04:00)
Tədavül müddəti 364 gün olan 35 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104003683 ISIN kodlu, tədavül müddəti 364 gün olan 35 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, AZ0104003683 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 137.4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 35 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92.5841(gəlirlilik 8.9000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 16 aprel 2019-cu ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti