Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycanla Türkiyə arasında həyata keçirilən reyslərin sayı 3 dəfə arta bilər.
Trend bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, Türkiyədə keçirilmiş aviasiya üzrə beynəlxalq konfransda hər iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər.
Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycanla ilə Türkiyə mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.