...

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib (FOTO)

İqtisadiyyat Materials 20 İyul 2018 12:25 (UTC +04:00)
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib (FOTO)

Bakı. Trend:

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu ilin ilk yarımilliyinin hesabatını verib.

ASC-dən Trend-ə verilən məlumata görə, ilin ilk altı ayı ərzində dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib.

Məlumatda deyilir ki, həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb.

Nəticədə bu ilin ilk 6 ayı ərzində bu istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük olunaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.

Daxili bazarda bu müddət ərzində - 20 348 kq tərəvəz, 3 248 kq meyvə-giləmeyvə, 1 636 kq bostan, 4 179 kq dənli - paxlalı məhsullar satılıb.

Daxili bazar üçün kartof, soğan, bibər, badımcan, yerkökü, kələm, lobya, qarğıdalı, sarımsaq, alma, armud, alça, gavalı, gilas, çiyələk, qarpız, yemiş və s. kimi məhsullar istehsalçılardan tarlabaşında tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, eləcədə, Əhmədli, Masazır qəsəbələrində, ”Yaşıl bazar”da satışı həyata keçirilib.

Qeyd olunan müddət ərzində 3 000 ton, dəyəri 4 milyon manat olan kənd təsərrüfatı məhsulları ixrac edilib. İxracın strukturunda fındıq qabığı, alma, xurma, balqabaq, göyərti, kartof və pomidor məhsulları üstünlük təşkil edib. Məhsullar Rusiya bazarlarına ixrac olunub.

Səhmdar cəmiyyəti tərəfindən tədarük-təchizat sisteminin genişləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti