...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 6 Avqust 2018 10:00 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Artıq 1.1560$-a ticarət edilən avronun qiyməti, 1.1534$-ı da aşağı istiqamətdə qırarsa, 1.1500 və 1.1447$-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 10:00 və cümə günü saat 16:30-da müvafiq olaraq dərc ediləcək, Almaniyanın sənaye və xarici ticarət dövriyyəsi və ABŞ-dan inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir.

GBP

GBP/USD məzənnəsi də təzyiq altındadır. İngiltərə iqtisadiyyatının inkişaf səviyyəsinin zəifləməsi və Breksit fonunda risklərin artması, ölkə valyutasına mənfi təsir edir. Hal-hazırda 1.30$-ın altında ticarət edilən funtun, 1.2957$-ı da aşağı istiqamətdə qırarsa, 1.2905 və 1.2852$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Eyni zamanda, cümə günü saat 12:30-da yayımlanacaq İngiltərənin 2-ci rüb üzrə iqtisadi inkişaf, sənaye və xarici ticarət dövriyyəsi ilə bağlı vacib statistik xəbərlər də investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi keçən həftə ərzində bahalaşmışdır. Hal-hazırda 5.10TL-nin üzərində təklif edilən USD/TRY məzənnəsi, 5.12TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.20TL-yə kimi bahalaşa bilər.

Bu həftə lirənin məzənnəsinə güclü təsir edə biləcək önəmli fundamental məlumatlar arasında Türkiyənin cari əməliyyatlar hesabı ilə bağlı göstəricilər var.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti 72$-a kimi ucuzlaşdıqdan sonra 73$ ətrafında dalğalanmaqdadır. Qiymət yenidən 72.45$-ı da aşağı istiqamətdə qırarsa, 71.17 və 69.90$-a kimi də dəyər itirə bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1215$-a (39.1 $/qram) kimi bahalaşıb və 1220$-ı (39.2 $/qram) yuxarı istiqamətdə qırarsa, 1235$-a (39.7 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Dünyada siyasi və iqtisadi risklərin də artması, qızıl qiymətlərinin bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti