...

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 27 Avqust 2018 10:06 (UTC +04:00)
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"İnvestAZ" İnvestisiya Şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə bahalaşaraq 1.16$-ın üzərində ticarət edilib. Lakin yeni həftənin ilk ticarət sessiyasında məzənnə yenidən ucuzlaşmağa başlayıb. Təhlillər isə onu göstərir ki, qiymətdə ucuzlaşma sürətlənərək 1.16$-ın altında ticarət edilərsə, 1.15$-a kimi də ucuzlaşa bilər.

Fundamental amillər baxımından da avroya olan təzyiqlərin aktual qaldığı qənaəti güclü olaraq qalır. Avropada siyasi və iqtisadi risklərin aktuallığı, eyni zamanda ABŞ Mərkəzi Bankının (FED) sərt monetar siyasəti avronu təzyiq altında saxlayan əsas amillərdir.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 16:30-da və cümə günü saat 13:00-da müvafiq olaraq açıqlanacaq ABŞ-ın 2-ci rüb üzrə iqtisadi inkişafı və Avrozonada inflyasiya ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də təzyiq altındadır. Son zamanlar “BREXIT” fonunda Böyük Britaniya ilə Avropa İttifaqı arasında sazişin razılaşdırıla bilməyəcəyi gözləntilərinin artması, ölkə valyutasına da mənfi təsir etməkdədir. Hazırda 1.29$-ın altında ticarət edilən funtun qiyməti bu səviyyənin altında qaldıqca, 1.28$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

TRY

Türkiyə maliyyə bazarlarında isə dollar/lirə məzənnəsinin son bir həftə ərzində ortalama 6.09 lirə ətrafında dalğalandığının şahidi oluruq. Bu, daha çox Türkiyədə Qurban bayramı münasibətilə yerli maliyyə bazarının işləməməsi ilə əlaqələndirilir. Təhlillərə əsasən, bu həftə də qiymət 6.21TL-yə kimi bahalaşa bilər.

OIL

Avropanın "Brent" markalı neftinin bir barel qiyməti 76$-a kimi dəyər qazanıb və 76.38$ da yuxarı istiqamətdə qırılarsa, 77.42$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında da qızıl qiyməti 1208$-a (38.8 $/qram) kimi bahalaşıb və 1217 (39.1 $/qram) və 1224$-a (39.4 $/qram) kimi də bahalaşa bilər. ABŞ-da inflyasiyanın yüksək olması, FED-in faiz artımı siyasətində ləngimə və dünyada siyasi və iqtisadi risklərin daha da artması, qızıl qiymətinin daha da bahalaşmasına əsas verə biləcək amillərdir.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti