...

Azərbaycana 2003-2017-ci illərdə yatırılan investisiyaların həcmi 236 milyard dollar olub (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Materials 7 Sentyabr 2018 09:42 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına 2003-2017-ci illər arasında yatırılan investisiyaların həcmi 236 milyard dollar təşkil edib.
Azərbaycana 2003-2017-ci illərdə yatırılan investisiyaların həcmi 236 milyard dollar olub (YENİLƏNİB) (FOTO)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan iqtisadiyyatına 2003-2017-ci illər arasında yatırılan investisiyaların həcmi 236 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Yaqub Eyyubov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

Baş nazirin müavininin sözlərinə görə, bu həcmin yarısı xarici investisiyaların payına düşüb.

Baş nazirin birinci müavini əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı isə 5 dəfə artıb:

“2003-cü ildə ÜDM-də özəl sektorun payı 74 faiz olubsa, 2018-ci ildə bu rəqəm 83 faizi ötüb. 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faiz iqtisadi artım qeydə alınıb. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz olduğu halda 2018-ci ildə bu göstərici 73 faizə çatıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti