...

Beynəlxalq Enerji Agentliyinin Azərbaycanda qaz hasilatı ilə bağlı PROQNOZLARI - YÜKSƏK

İqtisadiyyat Materials 12 Sentyabr 2018 12:19 (UTC +04:00)
Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti 20 il ərzində Azərbaycanda illik qaz hasilatının 55 milyard kubmetrə çatacağını proqnozlaşdırıb.
Beynəlxalq Enerji Agentliyinin Azərbaycanda qaz hasilatı ilə bağlı PROQNOZLARI - YÜKSƏK

Bakı. İlkin Şəfiyev - Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti 20 il ərzində Azərbaycanda illik qaz hasilatının 55 milyard kubmetrə çatacağını proqnozlaşdırıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan BEA-nın icraçı direktoru Fatih Birol deyib.

F.Birol bildirib: "Bizim proqznozlarımıza görə, növbəti 20 ildə Azərbaycan illik 18 milyard kubmetr olan qaz hasilatını 55 milyarda çatdıracaq".

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əmtəə qazının istehsalı yanvar-iyul aylarında 10,5 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti