...

Ölkədə pambıq yığımı ilə bağlı PROQNOZLAR

İqtisadiyyat Materials 15 Oktyabr 2018 19:27 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərpambıq” MMC-nin səpin sahələrindən 60 min ton pambığın yığılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, “Azərpambıq” MMC-nin payına Azərbaycanda istehsal olunan pambığın 30-35 faizi düşür:

“Bu il 29 min hektar sahədə səpin aparılıb və 60 min ton pambığın yığılması planlaşdırılır. Gələn il, dövlət başçısının tapşırığına əsasən, səpin sahələrini genişləndirmək, yaxın illərdə isə məhsuldarlığı hər hektardan 23-25 sentnerə qədər artırmaq planlaşdırılır. Bu tapşırıq yeni texnologiyaların və yüksək ixtisaslı kadrların cəlb olunması ilə yerinə yetiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti