...

Azərkosmos “NewSpace” Biznes Akselerator proqramını elan edir

İqtisadiyyat Materials 17 Oktyabr 2018 10:50 (UTC +04:00)
“Azərkosmos” və “Sil.” innovasiya mərkəzi “NewSpace” Biznes Akselerator proqramını elan edir
Azərkosmos “NewSpace” Biznes Akselerator proqramını elan edir

Bakı. Trend:

“Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların investisiya-maliyyə vəsaitlərinə və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsi məqsədilə “NewSpace” Biznes Akselerator proqramına müraciətləri açıq elan edir. Proqram 100.000 manat dəyərində biznes dəstək paketi (peyk resursları, texniki və biznes dəstək resursları, iş məkanı və s.) və 20.000 manatadək maliyyə dəstəyi təqdim edir.

“NewSpace” Biznes Akselerator proqramınına son müraciət tarixi 15 noyabr 2018-ci ildir.

Müraciət üçün və daha ətraflı http://newspace.az/ buradan tanış ola bilərsiniz.

Proqram özünün öyrədici strukturuna, sahə üzrə spesifik problemlər (və ehtiyaclar) əsasında qurulan yanaşmasına, təklif etdiyi resurs paketinə və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə 4 ay ərzində çox böyük inkişaf xətti təklif edir. Bundan əlavə, proqram sonunda ən yaxşı 3 startap “Azərkosmos” (və onun tərəfdaşları) ilə müqavilə imzalamaq imkanı əldə edəcək.

Proqramda kimlər iştirak edə bilər?

Kosmik xidmətlər və yaxın sahələrdə innovativ ideya, layihə və məhsullara malik və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və s., peşəsindən asılı olmayaraq “NewSpace” proqramı bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır.

Hansı ideyalarla müraciət etmək olar?

Proqramın müəyyən etdiyi ehtiyac və ya problemlərdən (http://newspace.az/challenges/) istənilən birinə və ya kosmik xidmətlər və yaxın sahələrdə hər hansı bir innovativ layihə və ya ideya ilə proqrama müraciət edilə bilər. Yuxarıdakı keçiddə verilmiş kateqoriyalardan istənilən birinə aid olan ehtiyacı və ya çətinliyi həll edə biləcək yeni, kreativ və orijinal ideyalara üstünlük verilir (Təqdim olunan həll verilmiş 3 kateqoriya üzrə olan ehtiyaclardan heç birinə uyğun gəlmədiyi təqdirdə Açıq kateqoriya – “Open Track” üzrə müraciət göndərilə bilər).

Proqrama qəbul olan layihələri nə gözləyir?

"NewSpace" 3 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Kamp (Bootcamp) – 1-2 dekabr 2018-ci il

Müraciətlərə əsasən, “NewSpace” proqramına qəbul olunan 10 startap komandası/layihəsi “NewSpace” proqramının mentor komandası tərəfindən 10 modul üzrə keçirilən 2 tam günlük intensiv kampda iştirak edəcək. Burada iştirakçılar innovativ məhsulun yaradılması prosesində ən vacib biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənəcəklər.

Mərhələ 2: İntensiv Akselerator Proqramı – 3 dekabr 2018-ci il – 30 mart 2019-cu il

İki günlük bootcamp bitdikdən sonra startaplar 16 həftəlik intensiv akselerator proqramına başlayacaqlar. Burada startaplar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq, satış, intellektual mülkiyyət və digər vacib addımları yerinə yetirərək inkişaf edəcəklər.

Mərhələ 3: Demo Day – 4 aprel 2019-cu il

İntensiv Akselerator Proqramından sonra startaplar yerli və beynəlxalq ekspertlərin və investorların da iştirak edəcəyi münsiflər qarşısında öz məhsullarını təqdim edəcəklər.

İştirakçılar nə qazanacaq?

Bu il proqrama qəbul olunacaq 10 startap 4 aylıq peşəkar akselerasiya proqramı çərçivəsində öz layihələrini proqramın təklif etdiyi 100.000 manat dəyərində biznes dəstək paketi (peyk resursları, texniki və biznes dəstək resursları, iş məkanı və s.) vasitəsilə inkişaf etdirəcək. Startapçılar proqramın sonunda toxum investisiya, proqram tərəfdaşları və investorlarla müqavilə imzalamaq imkanı, beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak etmək şansı uğrunda yarışacaqlar!

Toxum investisiya (ilkin) məbləğləri:

– Birinci yer: 10.000 manat,

– İkinci yer: 5.000 manat,

– Üçüncü yer: 3.000 manat.

Qalib 3 startap “Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcək.

Qaliblər eyni zamanda innovativ layihələrin real bizneslərə çevrildiyi 6 aylıq “scale up” proqramına qəbul olunacaqlar. Burada startaplar “Azərkosmos” (və onun tərəfdaşları) ilə imzalanmış müqavilələrə əsasən peşəkar istehsal və ilkin satış həyata keçirəcəklər.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi haqqında

“Sil.” İnnovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti