...

Ekspert: “Star” neft emalı zavodu həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatına töhfə verəcək

İqtisadiyyat Materials 22 Oktyabr 2018 12:15 (UTC +04:00)
“Star” neft emalı zavodunun açılışı həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatına töhfə verəcək mühüm hadisədir
Ekspert: “Star” neft emalı zavodu həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatına töhfə verəcək

Bakı. İlkin Şəfiyev - Trend:

“Star” neft emalı zavodunun açılışı həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatına töhfə verəcək mühüm hadisədir.

Bunu Trend-ə iqtisadçı-ekspert, iqtisad elmləri doktoru Elşad Məmmədov deyib.

O bildirib: “Hesab edirəm ki, zavodun açılışı və ümumilikdə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına qoyulan investisiyalar çox vacibdir. “Star” zavodu Türkiyənin cari tədiyə balansınn kəsirini azaltmağa imkan verəcək. Bu layihə sayəsində çoxlu iş yerləri yaradılacaq. Bundan başqa, “Star” Türkiyə üçün Avropa bazarlarına, regional bazarlara çıxış imkanı verəcək. Bu zavod Türkiyə iqtisadiyyatında rəqabətqabiliyyətliliyi gücləndirəcək, çünki SOCAR-ın investisiyaları təkcə xammal sektoruna yox, həm də emal sahəsinə yerləşdirilib”.

Ekspert qeyd edib ki, zavodun fəaliyyəti qarşılıqlı səmərəli olacaq və investor ölkəyə, yəni Azərbaycana böyük xeyir gətirəcək:

“SOCAR bu cür iri beynəlxalq layihələrə investisiya yerləşdirməklə transmilli şirkət və ciddi investor kimi öz imicini möhkəmləndirir. Layihə Azərbaycana qısamüddətli perspektivdə on milyonlarla dollarla, ortamüddətli perspektivdə isə yüz milyonlarla dollarla ölçülən dividendlər almağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti