...

Nazir yeni Məşğulluq Strategiyasından danışdı

İqtisadiyyat Materials 31 Oktyabr 2018 11:54 (UTC +04:00)
Növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır.
Nazir yeni Məşğulluq Strategiyasından danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin təsdiqlədiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" çərçivəsində həyata keçiriləcək işlər böyük əhəmiyyət kəsb edəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan sürətli inkişaf yolu keçir: "Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilir. Bu müsbət meyillər özü ilə birlikdə çətinliklər də gətirir. Bu gün Azərbaycan əmək bazarına hər il 100 min nəfərə yaxın yeni şəxs daxil olur. Növbəti çətinliklər də bu insan resurslarını əmək bazarının tələbləri ilə uzlaşdırmaqdan ibarətdir. Ölkədə məşğulluq strategiyası baxımından həyata keçirilən işlər böyük əhəmiyyət kəsb edəcək".

S.Babayev əlavə edib ki, növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır.

Nazir hazırda Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faiz olduğunu da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti