...

122 dövlət əmlakı özəlləşdirilir (FOTO)

İqtisadiyyat Materials 5 Noyabr 2018 11:52 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 4 dekabr tarixində keçiriləcək.
122 dövlət əmlakı özəlləşdirilir (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 4 dekabr tarixində keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, ayın ilk hərracında vətəndaşlar 122 dövlət əmlakı üzrə seçim edə biləcək. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, təsərrüfat sahələri, poliklinika və digər əmlaklar aiddir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m aralığındadır. Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən əmlak kompleksidir. Obyektin ümumi faydalı sahəsi 838.3 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 2853.4 kv.m-dir. İnvestora yüksək gəlir qazandıra biləcək əmlaklar kimi Qusar Tədarük Satış Bazasını, Şəmkir yun tədarükü məntəqəsini, paytaxtın Xəzər rayonunda yerləşən yardımçı təsərrüfatı, 4 saylı kafeni də göstərmək olar.

Kiçik biznes fəaliyyətində əlverişli xidmət və ofis obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612,1 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 5-i Sumqayıtda, digərləri isə paytaxtın ayrı-ayrı rayonlarında yerləşir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49.2 kv.m-dir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında kəndkimya, nəqliyyat, təmir, istehsal və digər iqtisadi sahələrdən olan müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ucar Tikinti Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri aiddir. İnvestorlar hərracda iştirak edərək bu səhmdar cəmiyyətlərinin dövlətə məxsus 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti