...

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək

İqtisadiyyat Materials 13 Noyabr 2018 14:35 (UTC +04:00)
Rəşt-Qəzvin dəmiryolu istifadəyə verilir
Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək

Bakı. Elnur Bağışov - Trend:

Gələn həftə Rəşt-Qəzvin dəmiryolu ilə ilk qatar hərəkət edəcək.

Trend-in məlumatına görə, bunu İranın Gilan vilayətinin valisi Mustafa Salari deyib.

Onun sözlərinə görə, Rəşt-Qəzvin dəmiryolu gələn həftə İranın Proqram və Büdcə Təşkilatının sədri, Yol və Şəhərsalma Nazirliyinin rəsmilərinin iştirakı ilə ilkin şəkildə istifadəyə veriləcək. 2 ay sonra isə İran Prezidentinin iştirakı ilə rəsmi açılış mərasimi olacaq.

Salari əlavə edib ki, Rəşt-Qəzvin dəmiryolunun istifadəyə verilməsi ilə turistlərin sayı artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti