Bakı. Elnur Bağışov - Trend:
İranda istixana pomidorunun bir kiloqramı 110 min rial (təxminən 2,61 dollar), xiyarın isə 1 kiloqram üçün qiyməti 65 min riala (təxminən 1,54 dollar) çatıb.
Trend-in məlumatına görə, İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər deyib.
Onun sözlərinə görə, hazırda xiyar təxminən 15%, banan isə təxminən 10% bahalaşıb. Hazırda 1 kq bananın qiyməti 110 min-125 min rialdır (təxminən 2,61 – 2,97 dollar).
Kargər əlavə edib ki, adətən bu dövrdə kənd təsərrüfatı məhsulları azalır və daha çox istixana məhsulları bazara çıxarılır. Bu da qiymətlərin bahalaşmasına təsir edir.