Bakı. Elçin Mehdiyev - Trend:
2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq:
"Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarının pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq".