...

"Edem Resort & Medical Spa" beynəlxalq zərgərlik sərgisində iştirak edib (FOTO)

İqtisadiyyat Materials 4 Dekabr 2018 11:00 (UTC +04:00)

Bakı. Trend:

28 noyabr "Four Seasons" mehmanxanasında baş tutan, "The M.O.S.T." tərəfindən təşkil olunmuş, beynəlxalq zərgərlik sərgisində Ukraynanın beş ulduzlu oteli "Edem Resort & Medical Spa" iştirak edib.

Sərgi noyabr ayının 28-dən 30-na kimi davam edib və "Bo Chic", "D'Joya" kimi tanınmış brendlər burada təmsil olunub. Bu ictimai tədbirin qonaqları yalnız Bakının elitası olub.

Təqdimatın ilk günündə zərgərlik brendlərinin hər biri moda nümayişləri şəklində təqdim olunub.

Lotereyada oynanılan vauçerlər isə "Edem Resort & Medical Spa" tərəfindən təqdim edilib.

"Edem Resort & Medical SPA", qədim Lvovun yaxınlığında mənzərəli göl sahilində yerləşən bir sağlamlıq kompleksidir. Kompleks 88 eksklüziv otaqdan, 4 gözəl restorandan və 5 konfrans zalından ibarət luks otellər siyahısına daxildir. "Edem Resort Medical & SPA" ərazisində bir Sağlamlıq Mərkəzi var. Burada hər bir qonaq uzunmüddətli, bərpa və detoksifikasiya proqramları ilə tanış ola biləcək: "Detoks", "Re-energy", "Anti-stress SPA Weekend", "Fithealth".

"First Class Hospitality" hazırda "Prime Management & Consulting" şirkətlər qrupunun hissəsi, Azərbaycanda və regionda "Edem Resort & Medical Spa" otelin və başqa lüks mehmanxanaların eksklüziv nümayəndəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti