...

Xələf Xələfov: Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir

İqtisadiyyat Materials 12 Dekabr 2018 12:12 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir.
Xələf Xələfov: Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı:

"Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub, bu məsələ də ona həvalə olunub. Düşünürəm ki, növbəti ildən başlayaraq, biz işçi qruplar səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik. Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir, çünki delimitasiya tezliklə başa çatmalıdır".

X.Xələfov vurğulayıb ki, komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər: "Bu dövr ərzində sərhəd xəttinin 2/3-si, demək olar, komissiyalar səviyyəsində protokollaşdırılıb, 1/3 hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti