Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankında Novruz sürprizləri davam edir. Bank yaz-yay mövsümündə müştərilərin plastik kartlara olan ehtiyacını nəzərə alaraq Novruz bayramı ərəfəsində daha bir endirim kampaniyasına başlayıb.
11 mart tarixindən 19 mart tarixinə qədər davam edəcək kampaniya çərçivəsində VİSA, MasterCard və Union Pay ödəniş sistemlərinin Classic, Gold, Platinum kartlarını, eləcə də AMEX Green kartlarını müştərilər 50% endirimlə ala bilərlər.
Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı elektron xidmətlər sahəsində liderdir. “Qayğıkeş Klubu” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaş məkanlarda bankın kartları və POS terminalları ilə alış-veriş zamanı ödənilən məbləğin 20%-dək hissəsi müştərinin kartına geri qayıdır: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/ Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.