...

Samara-Bakı aviareysi açılır - Gələn aydan

İqtisadiyyat Materials 13 Mart 2019 11:26 (UTC +04:00)
Reyslər cümə günləri "Airbus А320" təyyarələri ilə həyata keçiriləcək.
Samara-Bakı aviareysi açılır - Gələn aydan

Bakı. Trend:

Rusiyanın "Ural Hava Yolları" şirkəti 2019-cu il aprelin 5-dən Samara-Bakı-Samara marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

Trend-in məlumatına görə, reyslər cümə günləri "Airbus А320" təyyarələri ilə həyata keçiriləcək.

Bir istiqamətə minimal tarif 97 avro (bütün yığımlar nəzərə alınmaqla) təşkil edəcək.

Qeyd edək ki, "Ural Hava Yolları" Rusiyanın sərnişindaşımanın həcminə görə aparıcı şirkətlərindən biridir. 2018-ci ilin yekunu üzrə 9 000 579 nəfər (2017-ci illə müqayisədə 13 faiz çox) şirkətin xidmətlərindən yararlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti