...

"Rabitabank Bot"un yeni imkanı ilə pul göndərmək bu qədər rahat olmamışdı!

İqtisadiyyat Materials 19 Aprel 2019 11:05 (UTC +04:00)
Ölkənin ilk chatbot-u olan "Rabitabank Bot" daha bir xidmət tətbiqini reallaşdırdı.
"Rabitabank Bot"un yeni imkanı ilə pul göndərmək bu qədər rahat olmamışdı!

Bakı. Trend:

"Rabitabank Bot"un yeni imkanı vasitəsi ilə, artıq dostunuza pul göndərmək daha rahat oldu. Belə ki, siz telegramda dostunuzla yazışma pəncərəsini tərk etmədən, elə həmin pəncərədə istədiyiniz məbləğdə pulu "Rabitabank Bot"un xidmətini aktivləşdirərək, göndərə bilərsiniz.

Bu imkandan yararlanmanız üçün, sadəcə yazışdığınız və yaxud pul göndərmək istədiyiniz dostunuzun yazışma pəncərəsinə daxil olub @RabitabankBot qeyd edirsiniz, daha sonra göndərmək istədiyiniz məbləği qeyd edərək, göndər düyməsini sıxırsınız. Həmin pəncərədə siz və qarşı tərəf avtomatik pulun köçürülməsi ilə əlaqəli olaraq təsdiq cavabı alacaqdır.

Həmçinin Rabitabank Bot, kommunal və mobil operatorlar ödənişləri, pul göndərmə, pul istəmə, hesabı bölmə (split bill), plastik kart sifarişi, kredit sifarişi, kredit ödəmə kimi əməliyyatları müştərilərinə təqdim edir.

Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti