...

Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir - Səfir

İqtisadiyyat Materials 27 May 2019 10:59 (UTC +04:00)
Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir
Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir - Səfir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Diplomat bildirib: "Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir. Bakıda Böyük Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".

K.Krofts daha sonra qeyd edib ki, Bakı yalnız möhtəşəm idman yarışları deyil, həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir:

"Bakıda danışarkən, biz artıq beynəlxalq standartlardan danışmış oluruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti