...

Ləğv prosesində olan banklarda kreditlərin restrukturizasiyasına başlanılıb

İqtisadiyyat Materials 27 May 2019 14:23 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondu ləğvetməsində olan banklarda vaxtı ötən kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edir.
Ləğv prosesində olan banklarda kreditlərin restrukturizasiyasına başlanılıb

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu ləğvetməsində olan banklarda vaxtı ötən kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edir.

Fonddan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı otən kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti