...

Mərkəzi Bank uçot dərəcəsini 0,25% azaldıb

İqtisadiyyat Materials 7 İyun 2019 11:29 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul edib.
Mərkəzi Bank uçot dərəcəsini 0,25% azaldıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul edib.

Trend-ə bankdan verilən məlumata görə, faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

İnflyasiya proseslərinə gəlincə, gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti