...

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB?

İqtisadiyyat Materials 19 Avqust 2019 12:37 (UTC +04:00)
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti