Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 3 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, sentyabrın 3-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8597 manat təşkil edir.
1 türk lirəsi 0,2925 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5734 manatdır.