...

AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

İqtisadiyyat Materials 9 Sentyabr 2019 13:32 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə baş tutan tədbirdə ümumilikdə 27 ölkədən 45 nümayəndə iştirak edib.
AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Moldovanın Kişnyov şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasında iştirak edib.

AQTA-dan Trend-ə verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının dəstəyi ilə baş tutan tədbirdə ümumilikdə 27 ölkədən 45 nümayəndə iştirak edib.

Tədbirdə iştirakçı ölkələrin hər biri üzrə milli bitki mühafizəsi təşkilatlarının vəzifə öhdəlikləri və səlahiyyətləri, fitosanitar vəziyyəti, beynəlxalq daşımalar zamanı fitosanitar tələblərə əməl olunması, fitosanitar tədbirlər üzrə 5, 8, 15, 38, 42 nömrəli beynəlxalq standartların müasir tələblərə uyğunlaşdırılması, yeni standartların və metodikaların hazırlanması məsələləri müzakirə olunub

İclasın sonunda növbəti regional tədbirin 2020-ci ilin 1-5 sentyabr tarixlərində Bakıda keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti