...

Smilecard-dan əlavə fürsətlər

İqtisadiyyat Materials 16 Sentyabr 2019 15:33 (UTC +04:00)
Dünyanın istənilən ölkəsində keçərli olan, Expressabank-ın əfsanəvi taksit kartı Smilecard müştərilər üçün təklif etdiyi yenilikləri ilə hər zaman fərqlənir.
Smilecard-dan əlavə fürsətlər

Bakı. Trend:

Dünyanın istənilən ölkəsində keçərli olan, Expressabank-ın əfsanəvi taksit kartı Smilecard müştərilər üçün təklif etdiyi yenilikləri ilə hər zaman fərqlənir.

Son dövrdə ətrafına topladığı tərəfdaş şəbəkəsi ilə karta olan tələbatı artıran Smilecard bu mağazalarda alış-veriş imkanlarını rahatlaşdırıb. Belə ki, müştərilər tərəfdaş mağazalardan istədikləri məhsulu nağd qiymətə əldə edib daha sonra əlavə heç bir komissiya və faiz ödəmədən müvafiq aylara bölərək hissə-hissə banka geri ödəmə imkanını əldə edir. (Smilecard-ın artan tərəfdaş siyahısı ilə tanış olmaq üçün linkə keçid ala bilərsiniz https://www.expressbank.az/cards/smilecard). Tərəfdaş olmayan mağazalarda isə bu kart vasitəsi ilə alış-veriş zamanı 30% -dək cashback qazanmaq mümkündür.

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" şüarı ilə təqdim olunan kart pulsuzdur. Adi şərtlərlə Smilecard-la tərəfdaş olmayan mağazalarda alış-veriş zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir. İllik faiz dərəcəsi isə 0%-dir. Həmçinin ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadəsi imkanı da var.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti