...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 18 Sentyabr 2019 21:41 (UTC +04:00)
28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

18 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102176S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 676,775,900.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170,000,000.00 AZN təşkil edib.

17.10.2019 notların ödəmə tarixidir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti