Bakı. Kəmalə Məmmədli - Trend:
Səudiyyə Ərəbistanında baş vermiş son hadisələrlə əlaqədar OPEK+ təşkilatının təcili iclasını çağırmağa ehtiyac yoxdur.
Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.
Nazir bildirib ki, neft bazarlarındakı hazırkı vəziyyət OPEK baş katibi Məhəmməd Barkindo ilə telefon danışığı zamanı müzakirə olunub: “Əgər ilk günlərdə təcili iclas məsələsi gündəmə gəlmişdisə, hazırda buna ehtiyac yoxdur”.
P.Şahbazov əlavə edib ki, hazırda neft tədarükü ilə bağlı problem yoxdur və neft qiymətləri stabildir.