...

Məmməd Musayev: İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi sahibkarlığın inkişafına mühüm töhfə verəcək

İqtisadiyyat Materials 24 Oktyabr 2019 15:31 (UTC +04:00)
Bu gün Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 100 mindən, fiziki şəxslərin sayı isə 900 mindən çoxdur.
Məmməd Musayev: İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi sahibkarlığın inkişafına mühüm töhfə verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 100 mindən, fiziki şəxslərin sayı isə 900 mindən çoxdur.

Trend-in məlumatına görə, bunu "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasının binasında keçirilən mətbuat konfransında deyib.

M.Musayev bildirib ki, bu göstərici Azərbaycanda həyata keçirilən uğurlu islahatlar və sahibkarlığın inkişafı üçün yaradılan şərait sahəsində mümkün olub.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi sahibkarlığın inkişafına mühüm töhfə verəcək: “Bu nazirlik sahibkarlar üçün ən yaxşı yer olacaq. Sahibkarlar bir unvan tanıyacaq və bütün məsələlərin həllini bir ünvanda tapacaqlar. Bu çox mükəmməl bir idarəetmə mexanizmidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti