...

AQTA əməkdaşları Bərdədə səpin üçün nəzərdə tutulan taxıl anbarlarına baxış keçirib (FOTO)

İqtisadiyyat Materials 1 Noyabr 2019 13:16 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda səpin üçün nəzərdə tutulan taxıl anbarlarına baxış keçirib.
AQTA əməkdaşları Bərdədə səpin üçün nəzərdə tutulan taxıl anbarlarına baxış keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda səpin üçün nəzərdə tutulan taxıl anbarlarına baxış keçirib.

AQTA-dan Trend-ə verilən məlumata görə, taxıl toxumlarının keyfiyyət göstəriciləri və fitosanitar vəziyyətin diqqətdə saxlanılmasının əhəmiyyəti ilə bağlı fermerlər məlumatlandırılıb. Səpin qabağı aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması, səpinlə birlikdə lazım olan gübrələrin torpağa verilməsinin vacibliyi vurğulanıb.

Agentliyin əməkdaşları toxumların xəstəliklərə, xüsusi ilə sürmə xəstəliyinə qarşı davamlılığını artırmaq məqsədi ilə səpin prosesində iştirak ediblər.

Qeyd edək ki, sağlam toxum səpin qabağı qaydalara uyğun şəkildə dərmanlanmadığı təqdirdə sürmə xəstəliyinə daha tez yoluxur və geniş yayılması üçün şərait yaranır. Bu isə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.

AQTA əməkdaşları tərəfindən sahibkarlara bu barədə metodiki göstərişlər verilib, maarifləndirici məlumatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti