...

BDU ilə “AzerGold” QSC arasında əməkdaşlıq protokolu imzalayıb (FOTO)

İqtisadiyyat Materials 20 Dekabr 2019 15:56 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair Protokol imzalanıb.
BDU ilə “AzerGold” QSC arasında əməkdaşlıq protokolu imzalayıb (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) ilə “AzerGold” QSC arasında əməkdaşlığa dair Protokol imzalanıb.

"AzerGold"dan Trend-ə verilən məlumata görə, protokolu BDU-nun rektoru Elçin Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıb.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev ölkədə qeyri-neft senayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin müsbət nəticələrindən danışıb. “AzerGold” ilə əməkdaşlıq əlaqalərinə toxunan rektor Protokolun təhsilə və elmi-texniki inkişafa dəstək vermək, eləcə də faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və onların əmələgəlmə şəraitlərinin proqnozlaşdırılması, modelləşdirilməsi sahələrində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə vermək məqsədilə imzalandığını bildirib. Rektor əməkdaşlıq əlaqələrinin qurulmasını davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində vacib amil olduğunu qeyd edərək ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələrin əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olacaqlarını vurğulayıb.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyri-neft senayesinin inkişafı ilə əlaqədar görülən işlərin iqtisadiyyatın diversifikasiyası üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, “AzerGold” dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqlara əsasən qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə sahənin ümumi inkişafını təmin edir. Şirkətin qısa müddət ərzində qeyri-neft sektorunun ixracatçıları arasında ön sıralara çıxmasını vurğulayan Z.İbrahimov hər bir müəssisənin uğuru idarəetmə ilə yanaşı, peşəkarlıq səviyyəsi yüksək olan kadrların səmərəli fəaliyyətindən asılı olduğunu qeyd edib. Qurum tələbələrə öz bilik və bacarıqlarını artırmaq istiqamətində dəstək olur, təcrübələri üçün şərait yaradır. BDU-nun yalnız təhsil ocağı deyil, həm də məhsuldar araşdırmalar və innovativ ideyalar üçün uğurlu bir platforma olduğunu deyən Z.İbrahimov bu platformadan elmi tədqiqatlar, kadr potensialının möhkəmlənməsi və dağ-mədən sənayesinin inkişafı üçün istifadə etmək niyyətini açıqlayıb.

BDU və “AzerGold” arasında imzalanmış Protokolda birgə əməkdaşlıq sahələri kimi faydalı qazıntı yataqlarının əmələgəlmə şəraitlərinin araşdırılması və yerləşmə qanunauyğunluqlarının tətqiq edilməsi, filiz nəzarətedici və yerləşdirici strukturlarının aşkarlanması və modelləşdirilməsi, proqnozlaşdırma kriteriyalarının işlənib hazırlanması, onların geoloji kəşfiyyat proseslərindətətbiqinin optimallaşdırılması və bu əsasda proqram təminatının hazırlanması kimi məsələlər nəzərdə tutulur.Birgə elmi-praktiki konfranslar və fikir mübadiləsi üçün işçi görüşlərin təşkili, Universitetin gənc mütəxəssislərinin və elmi-texniki personalının “AzerGold”un kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparması üçün lazımi şəraitin yaradılması kimi məsələlər də Protokolda öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti