“ACWA Power” və “Masdar” şirkətləri ilə bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsinə dair İcra müqavilələri imzalanıb (FOTO)

“ACWA Power” və “Masdar” şirkətləri ilə bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsinə dair İcra müqavilələri imzalanıb (FOTO)

Bakı. Trend:

Yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, imzalanma mərasimində çıxış edən Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizdə enerji təhlükəsizliyinin tam təmin edildiyini deyib. Baş Nazir bildirib ki, bununla bərabər bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri–neft sektorunun yüksəlişi bizi yeni çağırışlarla üzləşdirir və yeni yanaşmalar tələb edir.

“Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Bu gün, burada xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanığlığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək”, - deyə Baş Nazir Əli Əsədov qeyd edib.
Baş Nazir Energetika Nazirliyini, “ACWA Power” və “Masdar” şirkətlərini müqavilələrin imzalanması münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi Azərbaycan Respublikası Prezidentinin diqqət yetirdiyi prioritetlərdən biridir. Bu müqavilələri imzalamaqla ölkəmizdə bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlayırıq. Azərbaycanda bərpaolunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə, qarşılıqlı maraqlarımıza töhfə verəcək.

“ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan deyib: “Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyuruq. Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpaolunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcək”.

“Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi isə qeyd edib ki, dünyanın 30-dan çox ölkəsində bərpaolunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti, 200 meqavatlıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaş olmaqdan məmnundur. On ildən çox təcrübəmizlə biz də Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyuruq.

Daha sonra sənədlər imzalanıb. Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan və “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Xatırladaq ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq, intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, ötən il oktyabrın 31-də şirkətlərin təklifləri olan zərflər açılıb. “ACWA Power” və “Masdar” şirkətləri ilə pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

Layihələrin icrasına hazırlıq məqsədilə “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cı il 5 dekabr tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupları tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. “Masdar” şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.

Türkiyə ilə Rusiya arasında danışıqlar başa çatıb
Türkiyə ilə Rusiya arasında danışıqlar başa çatıb
Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır
Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır
İran parlamenti fәaliyyәtini dayandırdı
İran parlamenti fәaliyyәtini dayandırdı
Loading Bars
Xəbər lenti
Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir
Prezident İlham Əliyev: Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb
Azərbaycan Prezidenti: Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək
Türkiyə ilə Rusiya arasında danışıqlar başa çatıb
“Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edib
BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib (FOTO)
Bakıda daha 616 evə qaz verildi
Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar - Alessandra Todde
Cənub Qaz Dəhlizinin ilin sonuna kimi istismara verilməsi üçün bütün tərəflər öz qüvvələrini səfərbər edib - Klaus-Dieter Borxardt
Azərbaycana ötən ay 42,1 milyon dollar ixrac sifarişi daxil olub
Azərbaycan hökuməti karantini pozan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib
Azərbaycan Misirə başsağlığı verdi
Yanvarda Azərbaycana 200 mindən çox turist gəlib
Ombudsman Aparatında növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb
Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib (FOTO/VİDEO)
Cəlal İsayev: Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur
TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir
Dövlət Təhlükəsizliyi Xidmətinin strukturunda dəyişiklik edilib
Koronavirusla bağlı bəzi ölkələrlə sərhədlərimiz bağlana bilər (ƏLAVƏ OLUNUB-4) (VİDEO)
Ölkəyə gələn şəxslər 14 gün özlərini qorumalıdır - Operativ qərargah
Azercell Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır (FOTO)
Ombudsman Aparatının əməkdaşı Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib
Xocalı Türkiyənin bu şəhəri ilə qardaşlaşdı
Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır
İran parlamenti fәaliyyәtini dayandırdı
Bu əlamətləri olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər - Operativ qərargah
Koronavirusa görə orta və ali məktəblərdə tədrisin dayanmasına zərurət yoxdur
8-ci km bazarında mənşəyi məlum olmayan 635 kq ət aşkarlandı (FOTO)
Azərbaycandan İrana hələ də gedənlər var - Operativ qərargahın üzvü
Vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir – Operativ qərargah
Xəstə uşaqları məktəbə aparmayın - Koronavirusla bağlı qərargahdan çağırış
Koronavirusa tutulan şəxslə kontakta girən şəxslər araşdırılır
Koronavirusla bağlı 3 karantin xəstəxanası ayrılıb
Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır - Operativ qərargahın üzvü
Dağlıq Qarabağın işğalı ilə bağlı məruzə BMT-nin rəsmi sənədi kimi yayıldı
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb – SƏRƏNCAM
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin Respublika müşavirəsi keçirilib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyevaya ali papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm - Dövlət Dumasının deputatı
2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır
Koronavirus təhlükəsinə görə məktəblərdə dərslər dayandırıla bilər? - AÇIQLAMA
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirildi (FOTO)
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Bakıda bir ayda sənaye məhsullarının və xidmətlərinin həcmi açıqlanıb
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib
Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə jurnalist araşdırmaları müsabiqəsi elan edir
Martın 2-də xarici valyutaların manata qarşı məzənnələri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə koronavirusla bağlı qərargah yaradıldı
Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu
“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Ankara Rusiya gəmiləri üçün boğazları bağlaya bilər
Maştağada antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb
Bakıda muzdla işləyənlərin maaşı 10 faiz artıb
Bakı polisi koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirdi
Gürcüstanda koronavirusa ikinci yoluxma halı
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” (VİDEO)
Bakıda qadını döyüb avtomobilini əlindən aldılar
Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib (FOTO)
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi
İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda uşaq bağçalarına qəbulda YENİLİK (FOTO)
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
Sun markası Məktəblərdə Gigiyena tədrislərinə start verdi (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Bütün xəbərlər