...

Dünya üzrə ÜDM artımı 2019-cu ildə rekord səviyyəyə düşdü

İqtisadiyyat Materials 17 Yanvar 2020 03:44 (UTC +04:00)
BMT 2008 böhranından sonra Qlobal ÜDM artımının yavaşladığını bildirib
Dünya üzrə ÜDM artımı 2019-cu ildə rekord səviyyəyə düşdü

Bakı. Trend:

2019-cu ildə Qlobal ÜDM artımı son 10 ildə rekord səviyyəyə düşdü.

Trend-in məlumatına görə, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin və BMT-nin Ticarət və İnkişaf Konfransının dekabrın 16-da təqdim olunan illik hesabatında deyilib.

Araşdırmada qeyd olunur: "2019-cu ildə qlobal ÜDM artımı, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından sonra ən aşağı səviyyəyə - 2.3 faizə düşüb."

BMT 2020-ci ildə artımın bir qədər yüksələrək 2.5 faiz təşkil edəcəyini, lakin gözlənilməz siyasi şərtlərin investisiya planlarına təsir göstərməyinin davamını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti