...

Bakıda iş adamlarının iştirakı ilə növbəti "Business Networking Night" keçirilib (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2020 17:00 (UTC +04:00)
Bakıda “Majlis Business Network”un təşkilatçılığı ilə 6-ci dəfə "Business Networking Night" keçirilib.
Bakıda iş adamlarının iştirakı ilə növbəti "Business Networking Night" keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda “Majlis Business Network”un təşkilatçılığı ilə 6-ci dəfə "Business Networking Night" keçirilib.

Tədbirdə 100-dən çox sahibkar, şirkət rəhbəri və ekspert şəxslər iştirak edib.

Açılış nitqindən sonra “Majlis Business Network”un həmtəsisçisi Tamerlan İsmayılov çıxış edərək, tədbirin konsepti və gələcək perespektivlər haqqında danışıb.

Çıxışdan sonra tədbir şəbəkələşmə aktivlikləri ilə davam edib. Müxtəlif oyunlar sayəsində sahibkarlar bir-biriləri ilə tanış olub, fəaliyyətləri haqqında məlumatlar veriblər. Aktivlikliklər bitdikdən sonra tanış olmuş sahibkarlar B2B görüşlər edərək, gələcək iş münasibətlərinin qurulması barədə müzakirə ediblər. Onlara təqdim olunmuş nömrəli kartlar vasitəsi ilə müsabiqə keçirilib və qalib olan şəxslər müxtəliv şirkətlərdən hədiyyələr qazanıblar.

“Majlis Business Network” artıq uzun müddətdir ki, sahibkarları bir araya toplayaraq müxtəlif formatlarda tədbirlər təşkil edir. Hər həftə keçirilən dəyirmi masalar, masterklaslar, təqdimatlar və s. formatda tədbirlər sahibkarların qarşılıqlı biznes əlaqələrinin inkişafına zəmin yaradır.

Qeyd edək ki, kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ən vacib və dinamik göstəricilərindəndir. Böyük iqtisadi gücə malik olan ölkələrin inkişafı məhz bu yoldan keçib, çünki yeni bizneslərin, şirkətlərin, markaların yaranması həm ümumdaxili məhsul həcminin yüksəlməsinə, həm məşğulluğun artımına, həm ölkə iqtisadiyyatının idxaldan asılılığının azalmasına, həm də ixrac potensialının yüksəldilməsinə böyük zəmin yaradır.

Məhz bu səbəbdən ölkə rəhbərliyi səviyyəsində kiçik və orta sahibkarlığa xüsusi dövlət qayğısı göstərilir. Bununla paralel olaraq ictimai təşkilatların, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların işi çox önəmlidir. Dünya praktikası göstərir ki, bu kimi qurumlar olmadan inkişaf prespektivləri əldə etmək çox çətindir. Üç ilə yaxındır fəaliyyət göstərən "Majlis Business Network” məhz kiçik və orta sahibkarlığın inkişafına töhfə verən belə qurumlardandır.

Tədbirin təşkilində dəstək olan şirkətlərə təşəkkürümüzü bildiririk:

Zinəti-Zişan, Azprint, W_Space, Ego Media, Logix, BHB Media, Supreme Mebel, Brandup.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti