...

"GROW GROUP AZERBAIJAN" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində ianə ayırıb

İqtisadiyyat Materials 25 Mart 2020 11:00 (UTC +04:00)

Bakı. Trend:

"Grow Group Azerbaijan" şirkəti sosial məsuliyyətini dərk edərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində ianə ayırıb.

Qeyd edək ki, "Grow Group Azerbaijan" uzun müddətdir ki, ən qabaqcıl pomidor istehsalçılarındandır və həmçinin, müasir istixana komplekslərinin tikintisi və quraşdırılmasında qeyri-neft sektoruna öz töhfəsini verməkdədir.

Şirkət yaranmış çətin vəziyyətlə əlaqəli ölkə rəhbərinin tövsiyyələrini əsas tutaraq heç bir işçisini ixtisara salmayacağını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti