...

“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək

İqtisadiyyat Materials 2 Aprel 2020 10:55 (UTC +04:00)
Böyük Britaniyanın “British Airways” aviaşirkəti 36 min əməkdaşı müvəqqəti ixtisar edə bilər
“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək

Bakı. Trend:

Böyük Britaniyanın “British Airways” aviaşirkəti 36 min əməkdaşı müvəqqəti ixtisar edə bilər.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq “Unite” həmkarlar təşkilatından ilkin razılıq əldə edilib.

Qeyd olunur ki, əməkdaşlar işdən azad edilməyəcək, koronavirus pandemiyası müddətində işlərini müvəqqəti dayandıracaq.

Ümumilikdə ixtisar şirkətin əməkdaşlarının 80 faizini əhatə edəcək.

Xatırladaq ki, “British Airways” martın 31-də Londonun Qatvik hava limanından uçuşları dayandırdığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti