...

Karantin dövründə Bakıda sərnişin avtobusları ilə 20 milyon 652 min sərnişin daşınıb

İqtisadiyyat Materials 4 May 2020 17:14 (UTC +04:00)
Karantin dövründə Bakıda sərnişin avtobusları ilə 20 milyon 652 min sərnişin daşınıb

Bakı. Samir Əli - Trend:

Karantin dövründə Bakıda sərnişin avtobusları ilə 20 milyon 652 min sərnişin daşınıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinrti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, metronun fəaliyyəti məhdudlaşdırılandan sonra Exspres avtobuslarla 944 min sərnişin daşınıb: "Yeni alınmış 300 avtobus fəaliyyətə başlayıb. İstifadəmizdə 18 metrlik avtobuslar da var. Avtobuslarda gündəlik olaraq dezinfeksiya işləri aparılır, sürücülər qorunma vasitəsilə təchiz olunur. Daşıyıcılara da məlumatlar göndərilir. Avtobuslarda şəffaf kabinalar yaradılır".

BNA sədri qeyd edib ki, mayın 4-dən paytaxtda sərnişin sıxlığının artması ilə bağlı əlavə avtobuslar xəttə buraxıla bilər: "Hazırda Exspres xətlərdə 90 avtobus fəaliyyət göstərir, 15 avtobus ehtiyatda dayanır. Hər gün sərnişin sıxlığı nəzarətdə saxlanılır. Əgər sıxlıq yaranarsa, həmin avtobuslar fəaliyyətə başlayacaq və digər daşıyıcılar da avtobus sayını artıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti