Mikayıl Cabbarov Türk Şurasının iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşündə iştirak edib (FOTO)

Mikayıl Cabbarov Türk Şurasının iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşündə iştirak edib (FOTO)

Bakı. Trend:

Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi.

Tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırıldığını vurğulayıb. Qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. İqtisadiyyat naziri ilk növbədə, sıx dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər barədə məlumat verib.

Azərbaycanın İqtisadiyyat naziri üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsi, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsi, Türk Ticarət Evinin, həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanması, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılması, həmçinin yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib.

Mikayıl Cabbarov üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının Dövlət başçılarının keçirdiyi fövqəladə Sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verə biləcəyini bildirib. Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatdan danışarkən Mikayıl Cabbarov cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini xatırladıb və Mərkəzin fəaliyyətindən qardaş ölkələrin də faydalana bilməsi, Mərkəzin regional əhəmiyyət kəsb etməsi üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Mikayıl Cabbarov qeyd edib ki, ərzaq məhsulları üzrə dövlət ehtiyatlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bütün üzv ölkələr üçün vahid siyahının formalaşdırılması məqsədəuyğundur.

Videokonfransda iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbərləri COVID-19 pandemiyasının iqtisadi inkişafa və ticarət əlaqələrinə mənfi təsirinin azaldılması üçün təmsil etdikləri ölkələrdə görülən işlər barədə məlumat verib, Türk Şurası çərçivəsində həyata keçirilə biləcək birgə tədbirlərlə bağlı təkliflərini bildiriblər.

Görüşdə həmçinin, Türk Şurasına üzv və müşahidəçi ölkələrin gömrük xidməti rəhbərləri arasında fikir mübadiləsi aparılıb, gömrük orqanlarının rəhbərləri pandemiya dövründə praktiki addımların icrası barədə təkliflərini səsləndiriblər.

Türk Şurasının Baş katibi Bağdad Amreyev tədbirin operativ təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Videokonfransda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Baş katibin müavinləri Ömər Kocaman və Qismət Gözəlov, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, Özbəkistanın Baş nazirinin müavini, İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov, Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov, Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torebayev, Xarici İşlər Nazirliyinin İnvestisiyalar üzrə komitəsinin sədri Rustam İsatayev, Qırğızıstanın İqtisadiyyat naziri Sanjar Mukanbetov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Marat Sultanqaziyev, Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Altınbek Torutayev, Özbəkistanın Dövlət Gömrük Komitəsinin sədri Murotjon Azimov, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının gömrük üzrə baş direktoru Kriştof Bokoi iştirak ediblər.

Unibank 2020-ci ili mənfəətlə başa vurub
Unibank 2020-ci ili mənfəətlə başa vurub
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
Azərbaycanda ilk dəfə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib - Zakir Nuriyev
Azərbaycanda ilk dəfə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib - Zakir Nuriyev
Loading Bars
Xəbər lenti
Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başladı
Azərbaycan yığmasının AVRO-2023 rəqibləri məlum olub
FHN yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb
Azərbaycan İlahiyyat İnstitutunda “Bədən dili” mövzusunda onlayn vebinar keçirilib (FOTO)
YAP “Vahid Rusiya” partiyasına etiraz məktubu ünvanlayıb
Bakıda piyada vuruldu, yolda tıxac yaranıb
Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı
"Şuşa, səni dirçəldəcəyik!" deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir - Vüqar Rəhimzadə
UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıb
15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi - Prokurorluq
“Yelo Bank” açıq tender elan edir
Qubada karantin rejimini pozan dönərxana aşkarlanıb
Türkiyə ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran ölkədir - Ərdoğan
Bank Respublika 2020-ci ildəki hədəflərinə uğurla çatıb
Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı (FOTO)
Dövlət başçısının Şuşaya xüsusi nümayəndə təyin etməsi böyük quruculuq işlərinin növbəti müjdəsidir - Deputat
Yelo bankdan gömrük işçiləri üçün xüsusi kampaniya
Pomidor ixracının artırılması üçün Azərbaycanda işçi qrupu yaradılıb
Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO)
Moskvada Qarabağ üzrə üçtərəfli işçi qrupunun müzakirə edəcəyi məsələ açıqlanıb
Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırıldı
Qazimizlə görüşülüb və dəstək işləri aparılır
Məmurlardan hədə yolu ilə pul tələb edən şəxsin həbs müddəti azaldıldı
İranda gün ərzində 6,5 min nəfər koronavirusa yoluxub, 85 nəfər koronavirusdan ölüb
Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA
Qanunsuz beynəlxalq pul köçürmələri edən şəxs həbs olunub
Millət vəkili Naqif Həmzəyev Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edir
Xəzərin səviyyəsi ilə bağlı proqnozlar ağlabatan deyil - Coğrafiya İnstitutu
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına maraq göstərir (FOTO)
Cənub Qaz Dəhlizinin tamamlanması ABŞ diplomatiyası üçün mühüm mərhələ oldu - Amerikalı siyasətçi
“Azernews” “USA Today” qəzetinin moderatorluğu ilə keçirilmiş beynəlxalq tədbirə dəvət olunub
Şahdağ Milli Parkında ova cəhd edən şəxs cəzalandırılıb
Yaşı 65-i keçənlər, şəkər, ürək xəstələri vaksinasiyaya birinci mərhələdə cəlb olunmalıdır - Direktor
"AzeriCard" və "Visa" yeni mobil platforma hazırlayır
AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edib
Almaniya alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Almaniya XİN
Nəcməddin Sadıkov xidmətdə deyil - Müdafiə Nazirliyi
Fevraldan dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur - Komissiya sədri
Ermənilər Xocavənddə rus kilsəsini də dağıdıblar - Trend TV-nin REPORTAJI
Bəlkə də Şuşa əməliyyatı haqda əvvəlcədən danışılsaydı, heç kim bunun mümkünlüyünə inanmazdı - Deputat
Azərbaycan Qazaxıstana pomidor ixracını kəskin artırıb
SOCAR və “Palmali” arasındakı mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb
Sabah Bakıda güclü külək əsəcək
Azərbaycan Yaponiya və Pakistanda ticarət evləri aça bilər
Yük maşınındakı hava balonunun içərisindən 5 kiloqram qızıl aşkarlandı (VİDEO)
"Böyük Qayıdış” reallığa çevrilən ən böyük arzumuzdur! - Kamaləddin Qafarov
Qayınatası gəlinini doğrayıb bu zibilliyə atıb - Hadisə yerindən görüntülər (FOTO/VİDEO)
Azad olunmuş ərazilərdə 87 yeni abidə aşkarlanıb - Xidmət rəisi
Ombudsmanın tapşırığı ilə Şəki Qarışıq Tipli Uşaq Evində başçəkmə həyata keçirilib (FOTO)
Ötən il ən çox bu markanın avtomobilləri satılıb
Millət vəkili Sevil Mikayılova Xudatda seçiciləri ilə görüş keçirib (FOTO)
Azərbaycana gələn türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım göstərib
Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib (FOTO)
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Nazirliyin Qızılağacda güllələnən əməkdaşlarının müalicəsi davam edir - Xidmət rəisi
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb (FOTO)
Oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir - DİN
Rəmişin ölümü barədə xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ
Unibank 2020-ci ili mənfəətlə başa vurub
Ermənistanda genişmiqyaslı mitinq elan olunub
Karantini pozan çayxananın icarədarı və müştərilər cərimələnib
TAP buraxılış gücünün iki dəfə artırılması üzrə sınaq nəticəsinin vaxtını açıqlayıb
Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər (VİDEO)
Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq işləri başa çatır (FOTO)
Qanunsuz ovçuların izinə düşən Qızılağac Milli Parkının əməkdaşları güllələndi
Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu
Vətən müharibəsi şəhidinin övladına Şuşa adı verildi
Vikipediyanın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
Azərbaycanda ilk dəfə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib - Zakir Nuriyev
Yeni məzmunlu magistr proqramları hazırlanıb - Emin Əmrullayev
Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq - Nazir
TAP gələcəkdə hidrogen nəql edə biləcək - İcraçı direktor
Sabirabad sakinindən 3 kiloqramdan artıq narkotik götürüldü (FOTO)
Köçəri quşların ölkəmizdən keçməsi quş qripi riskini artırır - AQTA (FOTO)
Millət vəkili Sevil Mikayılova Xudatda şəhid ailələri ilə görüşüb (FOTO)
DİN Bakıda gəlinini doğrayan kişinin tutulması ilə bağlı məlumat yaydı
Bakıda doğranmış meyiti tapılan qadını qayınatası qətlə yetirib
Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradılıb (FOTO/VİDEO)
Bakı-Sumqayıt yolunda təmir işlərinin 1-ci hissəsi yekunlaşır (FOTO)
Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb (FOTO/VİDEO)
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Bütün xəbərlər