...

Dövlət Gömrük Komitəsinə göndərilməli olan lisenziya və icazələrin SİYAHISI müəyyənləşib

İqtisadiyyat Materials 6 May 2020 19:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinə göndərilməli olan lisenziya və icazələrin SİYAHISI müəyyənləşib

Bakı. Trend:

Nazirlər Kabineti "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nı təsdiq edib.

Trend-in məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısı" müəyyənləşib:

1. Lisenziyalar: 1.1. prekursorların idxalı, ixracı və tranzit nəql edilməsi; 1.2. təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması; 1.3. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı.

2. İcazələr: 2.1. təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə;

2.2. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq;

2.3. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə;

2.4. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə;

2.5. ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə;

2.6. ixrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması;

2.7. zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə; 2.8. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat);

2.9. ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;

2.10. idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi;

2.11. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.12. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;

2.13. ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə;

2.14. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə;

2.15. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat;

2.16. qida təhlükəsizliyi sertifikatı; 2.17. dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi;

2.18. dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;

2.19. Birləşmiş Millətlər Təşkilatının "Psixotrop vasitələr haqqında" 1971-ci il tarixli Konvensiyasının 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə;

2.20. elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə; 2.21. xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi; 2.22. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış; 2.23. sənaye parkının qeydiyyat şəhadətnaməsi; 2.24. texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi; 2.25. texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi; 2.26. sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd;

2.27. investisiya təşviqi sənədi; 2.28. malın mənşə ölkəsini təsdiq edən sertifikat; 2.29. mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi;

2.30. sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti