...

“Səngəçal” Elektrik Stansiyasının 30 faizdən çox “itirilmiş” gücü bərpa edildi (VİDEO)

İqtisadiyyat Materials 8 May 2020 10:18 (UTC +04:00)
“Səngəçal” Elektrik Stansiyasının 30 faizdən çox “itirilmiş” gücü bərpa edildi (VİDEO)

Bakı. Trend:

“Azərenerji” (ASC) Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkə enerji sistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində həyata keçirdiyi təmir-bərpa işlərini yekunlaşdırıb.

ASC-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatların isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Nəticədə 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib. Bununla da qoyuluş gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyasının üçdə biri qədər gücü bərpa olunub. Müqayisə üçün deyək ki, 100 meqavat güc orta hesabla Respublikanın 4-5 rayonunun elektrik enerji tələbatına bərabərdir.

Qeyd edək ki, “Azərenerji” 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən ümumilikdə 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti