Kamaləddin Qafarov: Yaşayış maliyyəsi bazarının inkişaf etdirilməsi sosial islahatların vacib amilidir

Kamaləddin Qafarov: Yaşayış maliyyəsi bazarının inkişaf etdirilməsi sosial islahatların vacib amilidir

Bakı. Trend:

“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ölkənin bank və maliyyə- kredit seqmentinin önəmli iştiraklarından birinə çevrilməkdədir. Fondun son illər ortaya qoyduğu sosial-iqtisadi layihələrin uğur qazanması, əhalinin müxtəlif təbəqələrinin bu struktur ilə işbirliyinin genişlənməsi dinamikası bu qənaəti təsdiqləyən əsas amildir”. Bu sözləri Fondun son dövrdəki fəaliyyətindən bəhs edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" ölkə Prezidentinin Fərmanı ilə 2005-ci ildə əsası qoyulmuş Fondun əsas məqsədi əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir.

Fondun əsas hədəfi əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Fond Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olaraq yaradılmış və 2006-cı ilin martında ölkədə ilk uzunmüddətli ipoteka krediti verilmişdir. Bu məqsədlə klassik ipoteka mexanizmi (alınan evin özünün ipotekaya qoyulması) yaradılmış, ipoteka kreditləri infrastrukturu tam formalaşmış (banklar, sığorta şirkətləri, qiymətləndiricilər, rieltorlar, habelə təkmil normativ-hüquqi baza, elektron ipoteka sistemi və s.) və MDB, eləcə də digər ölkələrlə müqayisədə vətəndaş üçün ən əlverişli ipoteka kreditləri şərtləri tətbiq olunmuşdur.

K.Qafarov qeyd edib ki, fondun şərtləri vətəndaşlar üçün cəlbedicidir və müvafiq dövrün tələblərinə, həmçinin istehlakçının mənafeyinə uyğundur. Məsələn, minimal faiz dərəcəsi 3,7%-dən başlayır, orta faiz dərəcəsi isə 6,4% təşkil edir. Müqayisə üçün, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 8,9% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən, ipoteka krediti üzrə ilkin ödənişə tələb isə 10%-dən başlayır. İpoteka kreditləri yalnız milli valyutada və sabit faiz dərəcəsi ilə verilir və beləliklə də, borcalan məzənnənin və kredit üzrə faiz dərəcəsinin əlverişsiz dəyişməsindən sığortalanır.

Fond fəaliyyət göstərdiyi dövr ərzində onun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmuşdur. Verilən ipoteka kreditlərinin həcmi təxminən 1,5 milyard manat səviyyəsindədir. Kreditlərin tərkibi və həcmi də sosial ədalət prinsipləri əsasında müəyyənləşib. Məsələn, bu kreditlərin 32%-i güzəştli kateqoriyalara aid şəxslərə, təxminən 71%-i gənclərə və gənc ailələrə verilib. Bu kreditlərin 1/5 hissəsindən çoxu (23%-i) regionlarda reallaşdırılıb.

Millət vəkili göstərib ki, güzəştli ipoteka kreditlərinin (9 297 ədəd, 465 mln. manat) strukturu da əhalinin mənzilə daha çox ehtiyacı olan müxtəlif kateqoriya üzrə əhali qruplarına təqdim olunmuşdur. Bu kateqoriya üzrə Fondun güzəştli ipoteka kreditlərindən yararlanaların 66%-i hərbi qulluqçular,15%-i dövlət qulluqçuları, 7%-i isə məcburi köçkün və digər kateqoriyalardan olan şəxslərdir.

Fond tərəfindən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də təmin edilmişdir. Bunun nəticəsində 2018-ci ildən etibarən 1077 şəxsə 49 mln. manat məbləğində güzəştli ipoteka krediti, 25 şəxsə isə 859 min manat məbləğində adi ipoteka krediti verilmişdir. Maraqlı burasıdır ki, Agentliyin sərəncamında olan mənzillərin təxminən 70%-nin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilmişdir. Bundan əlavə, ipoteka kreditləri üzrə zəmanət mexanizmi yaradılmış və 2018-ci ilin sonlarından etibarən onun tətbiqinə başlanılıb.

K.Qafarov sözünə davam edərək bildirib ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu qısa müddət ərzində - cəmi 1 il – ölkə üçün tamamilə yeni bir məhsulu- innovativ yeniliyi - yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlayıb, əhalinin istifadəsinə verib: Bu mexanizmə , əsasən, satmaq öhdəliyi ilə kirayə münasibətlərini tənzimləyən normativ bazanın hazırlanması, zəruri infrastrukturun yaradılması, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində vətəndaşların ehtiyaclarına uyğun və yaşayış üçün tam yararlı, müasir, rahat və təmirli mənzillərin alınması, vətəndaşların müraciətlərinin qəbulu və mənzillərin istifadəyə verilməsi. Bu mexanizm çərçivəsində Fondun gəlir əldə etmək məqsədi yoxdur. Vətəndaş tərəfindən həyata keçirilən ödənişlər yalnız mənzilin kirayə verilməsi ilə bağlı xərcləri ödəyir (mənzilin maya dəyəri, vəsaitin cəlb olunması xərci, sığorta xərci və s.).

Müraciətlərin emalının asanlaşdırılması və surətləndirilməsi məqsədilə sənədlərin qəbulu ASAN xidmət mərkəzləri vasitəsilə həyata keçirilir. Karantin dövrünə təsadüf etməsinə baxmayaraq qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda sənəd qəbulu bərpa edilib və evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur.

Millət vəkili sonda bildirib ki, Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondunun fəaliyyətinin başlıca istiqaməti Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş genişmiqyaslı sosial islahatların tam dəstəklənməsi və yaradıcı şəkildə inkişaf etdirilməsidir. Dövlətimiz tərəfindən dinamik şəkildə reallaşdırılan sosial islahatlar paketinin əsas məqsədi isə xalqımızın daha firavan, daha qayğısız yaşaması istəyidir.

Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
"Aztelekom" elektrik qurğuları satın alacaq
"Aztelekom" elektrik qurğuları satın alacaq
"Azərsu" daha bir tender elan edib
"Azərsu" daha bir tender elan edib
Loading Bars
Xəbər lenti
Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb (FOTO)
Türkiyədə əhalinin COVİD-19-a qarşı vaksinasiya ediləcəyi tarix müəyyənləşib
Britaniyada sutka ərzində 16 mindən artıq koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Bütün xəbərlər